Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RO MU HENƏ

Hörmətli cənab Prezident, 

Koreya Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Koreya arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

26 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin