Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə

Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı - Dövlətin yaranması günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız bundan sonra da ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 sentyabr 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin