RƏSMİ SƏNƏDLƏR
KUBA RESPUBLİKASI DÖVLƏT ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB FİDEL KASTRO RUSA
Hörmətli cənab Sədr,
Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və dost Kuba xalqını səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasındakı dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, Azərbaycan-Kuba əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri