KUBA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB FİDEL KASTRO RUSA
Hörmətli cənab Prezident,
Kuba Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
7 mart 2003-cü il