DÜNYA
Kubalılar Fidel Kastro ilə vidalaşmağa hazırlaşırlar VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
Bu gün kubalılar Fidel Kastro ilə vidalaşmağa başlayacaqlar. Vida mərasimi Havanadakı İnqilab meydanında yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 18:00) start götürəcək.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, mərhumun istəyinə əsasən onun cəsədi şənbə günü kremasiya olunub. İçərisində liderin külü olan urna Xose Marti adına memorial kompleksində qoyulacaq. Mərasim çərşənbə axşamı günü günortayadək davam edəcək. Bundan sonra İnqilab meydanında çoxminli mitinq keçiriləcək.
Noyabrın 30-da inqilab liderinin külü Havanadan Santyaqo-de-Kuba şəhərinə səyahətə yola salınacaq. Əlli yeddi il əvvəl - 1959-cu ildə Fidel Kastro başda olmaqla inqilab karvanı məhz bu marşrutla (əks istiqamətdə) hərəkət etmişdi.
Dekabrın 3-dək liderin külü ölkənin 13 əyalətindən keçəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]