REGİONLAR
Kürdəmirdə taxıl sahələrinə yüksək aqrotexniki qulluq göstərilir
Kürdəmir, 10 fevral (AZƏRTAC). Kürdəmir rayonunda mühüm strateji məhsul olan taxılçılığın inkişafı üçün əkin sahələrinə aqrotexniki qulluq müvəffəqiyyətlə davam etdirilir.
Kürdəmir Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin məhsulu üçün payızda 40 min hektarda taxıl səpilmişdir. Bu da 2011-ci ildəkindən iki min hektar çoxdur. Hazırda sahələrdə birinci suvarma işləri görülür. Artıq 28 min hektardan çox sahə suvarılmışdır. Eyni zamanda, 12 min hektar sahəyə azot gübrəsi verilmişdir.
Əkin sahələrinin ziyanvericilərdən və gəmiricilərdən mühafizəsi də diqqət mərkəzindədir. Mütəmadi olaraq müşahidələr aparılır, gəmirici və digər zərərvericilər aşkarlandıqda dərhal dərmanlama tədbirləri görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]