CƏMİYYƏT
Kürdəxanıda evdə baş verən yanğın nəticəsində iki uşaq ölüb
Bakı, 29 iyun, AZƏRTAC
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:00]
YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb
- 07.05.2024 [19:17]
40-cı paralel üzərində…
- 07.05.2024 [18:37]