DÜNYA
Kutaisidə zavodda güclü partlayış olub
Tbilisi, 25 iyul, AZƏRTAC
Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə zavodunda güclü partlayış olub.
AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Beş nəfər ağır xəsarət alıb.
Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.
Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]