Azərbaycan Dövlət İnformasiya Agentliyi

KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX CABİR ƏL-ƏHMƏD ƏL-CABİR ƏS-SABAHA

Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün Küveyt xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin