DÜNYA
KXDR-Koreya Respublikası sammiti sentyabrın 12-si və ya 13-də Pxenyanda baş tutacaq
Bakı, 14 avqust, AZƏRTAC
KXDR və Koreya Respublikası arasında növbəti sammit sentyabrın 12-si və ya 13-də Pxenyanda baş tutacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin birləşmə, beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə müşaviri Mun Çun İn məlumat yayıb. Koreyalararası sammitin keçiriləcəyi yer və vaxtı barədə razılıq KXDR və Cənubi Koreya nümayəndələrinin dünən Phanmuncom sərhəd məntəqəsində apardığı danışıqlarda əldə olunub.
Xatırladaq ki, Cənubi Koreya və KXDR liderlərinin ilk görüşü aprelin 27-də keçirilmişdi. Tərəflər sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq haqqında deklarasiya imzalamışdılar.
Bundan başqa, Cənubi Koreya prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In 2018-ci ilin mayında da bir araya gəlmişdi. Bu ilin payızında keçirilməli olan üçüncü sammit barədə razılaşma məhz həmin vaxt əldə edilmişdi.