Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkodan
Hörmətli İlham Heydər oğlu,
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən ali dövləti fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər arzu edirəm. Qoy, bu əlamətdar günün xoş əhval-ruhiyyəsi Sizə yeni qüvvə və enerji bəxş etsin. Sizə möhkəm cansağlığı, firavanlıq, uğurlar və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Aleksandr Drozdenko
Leninqrad vilayətinin qubernatoru