SİYASƏT
LƏNKƏRANDA MİLLİ MƏCLİS DEPUTATLARININ KÖMƏKÇİLƏRİ ÜÇÜN TRENİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərindəki “Qala” hotelində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ölkəmizdə həyata keçirdiyi “Azərbaycan Parlament Proqramı” çərçivəsində üçüncü cağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının köməkçiləri üçün “Sosial siyasətin təhlili” mövzusunda treninq keçirilmişdir.
İki gün davam edən təlim məşğələsində Milli Məclisin dövlət qulluğu və kadr siyasəti şöbəsinin deputat köməkçiləri ilə iş sektorunun müdiri Fəxriyyə Nəsirli, böyük məsləhətçisi Elşad İsmayılov, USAİD-in “Azərbaycan Parlament Proqramı”nın rəhbəri Petro Morqos, Proqram rəhbərinin müavini Aybəniz Məmmədova, USAİD-in Vaşinqton ofisinin böyük məsləhətçisi Erik Rudenşobd mövzu ilə bağlı çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.
Tədbirin sonunda Milli Məclis deputatlarının köməkçilərinə “Azərbaycan Parlament Proqramı” üzrə 2007-2008-ci illərdə keçirilmiş treninqlərə dair sertifikatlar təqdim edilmişdir.