SİYASƏT
LƏNKƏRANLILAR HEYDƏR ƏLİYEVİN SİYASİ XƏTTİNƏ SADİQ QALACAQLAR
Lənkəran şəhər icra hakimiyyətinin akt zalında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən toplantını şəhər icra hakimiyyətinin başçısı Zeynal Nəğdəliyev açaraq, Azərbaycan xalqını əzəli və əbədi lideri Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun tarixi əhəmiyyətindən, həyatımızın bütün sahələrində qanunçuluğun qorunmasından, ölkəmizdə demokratik prinsiplərin bərqərar edildiyindən danışmışdır.
Toplantıda Respublika Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Lənkəran şöbəsinin müdiri Ç.Cavadov, Lənkəran Dövlət Universitetinin müəllimi R.İbadov, Lənkəran şəhər 10 saylı orta məktəbin müəllimi Q.Axundov, Milli Qəhrəman Ə.Əliyevin atası Ə.Əliyev, şəhid atası İ.Həsənov çıxış edərək Konstitusiyamızın həyatımızda əhəmiyyətindən söhbət açmış, 15 oktyabr prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsindən qürur duyduqlarını və Heydər Əliyevin siyasi xəttinə daim sadiq qalacaqlarını bildirmişlər.