ELM VƏ TƏHSİL
“Leykemiya ilə mübarizə” İctimai Birliyi ADNSU-da kitab sərgisi təşkil edib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Leykemiya ilə mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə kitab sərgisi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi leykemiya (qan xərçəngi) haqqında tələbələri maarifləndirmək və bu xəstəliyə düçar olan uşaqlara yardım üçün vəsait toplamaqdır.
Sərgidə Azərbaycan və dünya yazarlarının kitabları nümayiş etdirilir.
Sərgidə kitabların satışından əldə olunan vəsait qan xərçəngindən əziyyət çəkən uşaqlara və böyüklərə xərclənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]