DÜNYA
London və Vaşinqton Suriya ilə bağlı bir sıra məsələlər barədə razılığa gəliblər
Berlin, 11 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp və Britaniyanın Baş naziri Tereza Mey arasında telefon söhbəti olub. Siyasətçilər müxtəlif ölkələrin Suriya barədə mövqelərini müzakirə edərək ortaq fikrə gəliblər: indi üçüncü ölkələri inandırmağa imkan yaranıb ki, bundan sonra Suriya Prezidenti Bəşər Əsəd ilə müttəfiqlik həmin dövlətlərin strateji maraqlarına uyğun deyil.
Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda bildirilir ki, ABŞ dövlət katibi Reks Tillersonun Moskvaya səfəri Suriya məsələsində irəliləyişə nail olmağa imkan verə bilər. Siyasətçilər Yaxın Şərqdə vəziyyəti və Koreya Xalq Demokratik Respublikasına təzyiqi artırmaq məsələsini də müzakirə ediblər.
Ağ evin bəyanatında qeyd edilir ki, Tramp Almaniya kansleri Angela Merkel ilə də telefon söhbəti edib. Həm Merkel, həm də Mey Vaşinqtonun Suriyada keçirdiyi əməliyyatları dəstəklədiklərini bildirərək qeyd ediblər ki, Əsəd məsuliyyətə cəlb edilməlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]