MƏDƏNİYYƏT
Londonda “Queen” qrupunun rəsmi dükanı açılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Londonun Saxa rayonunda Britaniyanın məşhur “Queen” qrupunun rəsmi dükanı açılıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, dükan növbəti 4 ay ərzində fəaliyyət göstərəcək.
“Queen Thе Greatest” adlanan dükanda pərəstişkarlar qrupa məxsus geyim, vinil valları, kollektivin simvolik suvenirlərini və bəzək əşyalarını hətta musiqiçilərin üzərinə imza atdığı gitaralarını əldə edə bilər.
Dükanın Karnabi-stritdəki açılışı, klassik tərkibi 1971-ci ildə qurulan kollektivin 50 illiyinə təsadüf edir. Məhz həmin vaxt Con Dikon, Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda ilk konsertini verdikdən sonra qrupun keçmiş “Smile” adını “Queen” ilə əvəzləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:14]
Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb
- 08.05.2024 [20:33]
Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək
- 08.05.2024 [19:37]
Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 08.05.2024 [18:43]
“Ulu Öndərin işığında” kitabının təqdimatı olub
- 08.05.2024 [18:27]
“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb
- 08.05.2024 [17:17]