Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“LUKoyl” ASC-nin prezidenti Vahid Ələkbərovdan

Hörmətli İlham Heydər oğlu, 

Doğum gününüz münasibətilə Sizi “LUKoyl” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində fəaliyyətinizdə özünüzü qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl siyasi xadim, dövlətin lideri kimi göstərmisiniz. Siz haqlı olaraq öz həmvətənləriniz arasında və xaricdə hörmət və nüfuz qazanmısınız.

Bu gün Sizin rəhbərliyinizlə ölkənin iqtisadi potensialı fəal şəkildə artır, siyasi və sosial təsisatlar təkmilləşdirilir. Azərbaycanda həyata keçirilən konstruktiv xarici siyasət regionda sabitliyin təmin edilməsinə, beynəlxalq ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsinə şərait yaradır.

Fürsətdən istifadə edib, “LUKoyl” ASC-nin Azərbaycanda fəaliyyətini dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirmək və Sizi əmin etmək istərdim ki, biz azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirmək niyyətindəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm.

Hörmətlə,

Vahid Ələkbərov

“LUKoyl” ASC-nin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin