DÜNYA
Macarlar arasında teatrsevərlərin sayı artır
Budapeşt, 11 yanvar, AZƏRTAC
Ötən il Macarıstan teatrlarının bilet satışından ümumi mədaxili 24,96 milyard forint (1 avro 310 forintdir) təşkil edib, halbuki 2016-cı ildə həmin rəqəm 22,04 milyard forintə bərabər olub.
AZƏRTAC Macarıstanın MTI informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Mərkəzi Statistika İdarəsinin məlumatında belə deyilir.
Məlumata görə, ötən il Macarıstanda auditoriyaya 59 min tamaşaçı yeri təklif edən və 6568 ştatlı əməkdaşı olan 179 teatr fəaliyyət göstərib. Teatrların 99-u paytaxtda, 71-i başqa şəhərlərdə, 9-u kiçik yaşayış məntəqələrində işləyir.
2017-ci ildə teatrlarda 28.660 tamaşa oynanılıb. Bir il əvvəl 6,73 milyon nəfər və beş il əvvəl 4,73 milyon nəfər ilə müqayisədə ötən il tamaşaçıların sayı 7,14 milyon nəfər təşkil edib.
2017-ci il ərzində Macarıstan teatrları 48 ölkədən 296 teatr kollektivi qəbul edib. Bundan əlavə, ötən il Macarıstanın 133 teatr kollektivi xarici qastrol səfərlərinə çıxaraq, 42 ölkədə 1,42 milyon tamaşa göstərib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]