CƏMİYYƏT
Mağazada işləyən satıcını döymüş şəxslər yaxalanmışlar
Bakı, 7 sentyabr (AZƏRTAC). Nəsimi rayonundakı mağazalardan birində Quba rayon sakini Hüseyn Nəsrullayev, Lənkəran rayon sakinləri Orxan Abbasov və onun qardaşı Eldar Abbasov xuliqanlıq zəminində orada işləyən Abşeron rayon sakini Cəbrayıl Əliyevi döymüşlər.
Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Nəsrullayev, O.Abbasov və E.Abbasov yaxalanmışlar.
Vətəndaş Ceyhun Bağırova məxsus “VAZ-21074” markalı avtomobil qaçırılmışdır.
Abşeron Rayon Polis Şöbəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Neftçala rayon sakini Müşfiq İbrahimov saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]