ELM VƏ TƏHSİL
Magistraturaya qəbul üzrə ən yüksək bal toplayanlar UNEC-i seçir
Bakı, 14 avqust, AZƏRTAC
Son iki ildə magistraturaya qəbul üzrə ən yüksək bal toplayanlar Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, 2018/2019-cu tədris ilinin qəbul nəticələrinə görə, respublika birincisi və respublika üzrə iqtisadiyyat proqramı üzrə ən yüksək bal toplamış 20 bakalavr universitetin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini (BMDM) seçib. Orta hesabla, ötən tədris ilində iqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistratura pilləsi üzrə qəbul olmuş namizədlərdən hər iki nəfərdən biri BMDM magistrantı olub.
Xatırladaq ki, 2017/2018-ci tədris ilinin qəbul nəticələrinə görə, magistratura pilləsi üzrə qəbul imtahanında respublika üzrə ilk üç yeri tutmuş bakalavr məhz UNEC-i seçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]