İDMAN
Makedoniyanın “Metallurq” komandası ilə qarşılaşacaq “Qarabağ”ın start heyəti açıqlanmışdır [YENİLƏNİB]
Bakı, 11 iyul (AZƏRTAC). Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən Ağdamın “Qarabağ” komandası bir neçə dəqiqə sonra növbəti oyununa çıxacaqdır.
Tofiq Bəhramov adına Respublika stadionunda Makedoniyanın “Metallurq” (Skopye) komandasını qəbul edəcək Ağdam təmsilçisinin start heyəti müəyyənləşmişdir. Heyətdə Miro Varvodiç, Maksim Medvedev, Ansi Aqolli, Admir Teli, Rəşad Sadıqov (kapitan), Qara Qarayev, Namiq Yusifov, Vüqar Nadirov, Riçard Almeyda, Reynaldo və Nikolas Gelaşvili yer almışlar.
“Qarabağ” – “Metallurq” oyununu çexiyalı baş hakim Radek Matejek idarə edəcəkdir.
Komandalar arasında Skopyedə keçirilmiş ilk görüş “Qarabağ”ın minimal üstünlüyü ilə yekunlaşmışdır – 1:0.