MƏDƏNİYYƏT
Malayziyanın Tv9 kanalında Azərbaycan haqqında film nümayiş olunub VİDEO
Kuala-Lumpur, 5 fevral, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi ilə “Primeworks Studios” şirkətinin məşhur “Mad Markets” proqramının çəkiliş qrupu ötən il noyabrın 12-dən 19-dək ölkəmizə səfər edərək, Bakı, Qəbələ, Şəki şəhərlərində və İsmayıllı rayonunun Lahıc kəndində çəkilişlər aparıb.
Çəkiliş qrupu tərəfindən Azərbaycanın zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəxini və turizm imkanlarını əks etdirən xüsusi film hazırlanıb. Sənədli-əyləncəli filmin birinci hissəsi fevralın 3-də Malayziyanın TV9 kanalında yayımlanıb. Filmin ikinci hissəsinin fevralın 10-da nümayiş olunması nəzərdə tutulur.
Sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş Azərbaycanın bugünkü inkişafını əks etdirən həmin film ölkəmizin Cənub-Şərqi Asiya regionunda daha yaxından tanıdılmasında mühüm rol oynayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur