MALDİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏMUN ƏBDÜL QƏYYUMA
Hörmətli cənab Prezident,
Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərini birgə səylərlə inkişaf etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2002-ci il