MƏDƏNİYYƏT
“Maqnus” YARAT Film Klubunda
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da YARAT film klubu rejissor Bencamin Rinin “Maqnus” adlı filmini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, film YARAT Müasir İncəsənət Məkanında ingilis dilində nümayiş olunacaq. “Maqnus” sənədli filmi 25 yaşlı Norveç şahmatçısı və mütləq dünya çempionu, “Şahmatın Mosartı” adlandırılan məşhur Maqnus Karlsenin şəxsiyyətinə həsr olunub. Uzun illər boyu rejissorlar müasir dahilərin daxili dünyalarına nüfuz etməyə can atırlar.
Şahmatçının uşaqlıq illərinin ən uğursuz məqamlarından ən ciddi nailiyyətlərinə qədər keçdiyi həyat yolunu əks etdirən ekran əsəri hər bir tamaşaçını igidliyə, qəhrəmanlığa ilhamlandırır.
“Maqnus” hər şeydən əvvəl, dünyanı qabaqlamış və böyüklüyə, dahiliyə yol açmış gənc oğlanın unikal həyat tarixçəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]