İQTİSADİYYAT
Martın 1-dək 50,8 min hektar sahədə yazlıq bitkilər əkilib
Bakı, 23 mart, AZƏRTAC
Martın 1-dək 50,8 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 2,6 min hektar sahədə dənli və dənli paxlalılar, 10,4 min hektar sahədə kartof, 7,5 min hektar sahədə tərəvəz, 0,1 min hektar sahədə şəkər çuğunduru, 30,1 min hektar sahədə çoxillik otlar, 0,1 min hektar sahədə isə digər bitkilər əkilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin yanvar-fevral aylarında diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 milyon ədəd yumurta, 4,2 min ton tərəvəz istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz, tərəvəz istehsalı isə 6,1 faiz artıb. Kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,5 faiz, heyvandarlıq məhsulları istehsalı 2,6 faiz artıb.