REGİONLAR
Masallıda taekvondo üzrə açıq rayon turniri keçirilib
Masallı, 5 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Taekvondo Mərkəzində 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş yeniyetmə və gənc oğlan və qızlar arasında taekvondo üzrə açıq rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda ölkəmizin bölgələrində fəaliyyət göstərən taekvondo klublarının 120 nəfərə yaxın idmançısı 48 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
İki gün davam edən və 4 yaş qrupu üzrə keçirilən turnirdə yeniyetmə və gənc idmançılar tatami üzərində öz güclərini sınayıblar.
Yarışın yekun nəticələrinə əsasən “Masallı” komandası birinci, Bakı şəhərinin “Alpman” klubu ikinci, “Tovuz” komandası üçüncü yerlərə layiq görülüblər.
Qaliblər diplomlar və medallarla mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]