İQTİSADİYYAT
May ayı ərzində bir icbari sığorta növü üzrə 96,4 mindən çox sığorta müqaviləsi bağlanmışdır
Bakı, 5 iyun (AZƏRTAC). 2013-cü ilin may ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 96,4 mindən çox sığorta müqaviləsi bağlanmışdır.
İSB-dən AZƏRTAC-a bildirilmişdir ki, bunların da 19,9 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrinin sahibləri ilə bağlanan icbari sığorta müqavilələri təşkil etmişdir.
Tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrindən 31 faizi Türkiyə, 27 faizi Gürcüstan, 18 faizi Rusiya, 8 faizi İran İslam Respublikası, 16 faizi isə digər ölkələrdə qeydiyyata alınmışdır.
Bir ayda bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,9 milyon manatdan çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]