İQTİSADİYYAT
May-iyun ayları ərzində “195-1” Çağrı mərkəzinə 91 minə yaxın müraciət olub
Bakı, 26 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında dövlət xidmətlərinin səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı müraciətlərin cavablandırılmasının daha da asanlaşdırılması və vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi məqsədilə Nazirlik üzrə vahid platforma - “195-1” Çağrı mərkəzi yaradılıb və bu il mayın 4-dən fəaliyyətə başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin may və iyun ayları ərzində, 63 minə yaxını canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla Çağrı mərkəzinə ümumilikdə, 91 minə yaxın müraciət olub. Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]