Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevdən

Çox hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Uzaqgörən siyasi xadim kimi malik olduğunuz parlaq keyfiyyətlər, perspektiv məqsəd və vəzifələrin müəyyənləşdirilməsində genişmiqyaslı təfəkkür, onlara nail olmaq əzmkarlığı Sizin ali dövləti vəzifədə uğurlarınızı təmin edir.

Siz Azərbaycan xalqının hamılıqla qəbul edilmiş lideri kimi haqlı olaraq Müstəqil Dövlətlər Birliyində və beynəlxalq aləmdə dərin hörmət qazanmısınız. Sizi təkcə təcrübəli dövlət xadimi və siyasi xadim kimi deyil, həm də sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə yönəlmiş qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın ardıcıl tərəfdarı kimi tanıyırlar.

Əmin olduğumu bildirirəm ki, Sizin siyasi iradəniz və həyat təcrübəniz bundan sonra da iqtisadi cəhətdən güclü və inkişaf etmiş dövlət quruculuğuna kömək edəcək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində əldə edilmiş razılaşmaların gerçəkləşməsinə yönəlmiş birgə səylərimiz isə MDB iştirakçısı olan dövlətlərin rifahı naminə daha sanballı praktiki nəticələr verəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Sergey Lebedev

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin