M.Ə.BABAYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, xalq artisti Mirzəağa Əbdülcabbar oğlu Babayevin (Mirzə Babayevin) xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:
1. Bakı Şəhər İcra Hakimiyyəti Mirzə Babayevin yaşadığı binaya (Səməd Vurğun küçəsi, 85) xatirə lövhəsinin vurulmasını və sənətkarın qəbirüstü abidəsinin ucaldılmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul 2004-cü il.-