“MƏDƏNİYYƏT HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 223; 2001-ci il, № 11, maddə 688; 2002-ci il, № 5, maddə 245, № 12, maddə 706) 40-cı maddəsinin birinci hissəsinin birinci cümləsində “dövlət büdcəsindən maliyyələşdirilir və qanunvericiliklə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür” sözləri “dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2006-cı il.