MƏDƏNİYYƏT
“Mədəniyyət məhdudiyyət tanımır” layihəsinin icrası davam edir
Bakı, 6 avqust, AZƏRTAC
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət məhdudiyyət tanımır” layihəsinin icrasını davam etdirir.
Nazirlikdən AZƏRTAC -a bildirilib ki, layihə çərçivəsində hazırda Şəkidə “Sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması” sahəsində mədəniyyət və tarixi abidələrə səyahət həyata keçirilir.
Həyata keçirilən layihə çərçivəsində 50 nəfər sağlamlıq imkanları məhdud uşaq və yeniyetmənin bölgələrə səfərləri təşkil olunur. Uşaqlar bölgələrdə unikal mədəni irs nümunələri ilə yaxından tanış olur.
Layihə çərçivəsində Oğuz, Qax, Şəki, Zaqatala, Balakən, Gəncə və Göygöl rayonlarına səfərləri həyata keçirilir. Bu səfərlər çərçivəsində layihə iştirakçılarına sözügedən rayonlarda olan mədəni-tarixi abidələrlə yanaşı, rayonların milli adət-ənənəsi ilə bağlı təbliğat işi də aparılır.