Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Media cəmiyyətin informasiya tələbatını ödəyərkən məsuliyyət hissini unutmamalıdır

Media cəmiyyətin informasiya tələbatını ödəyərkən məsuliyyət hissini unutmamalıdır

Bakı, 20 iyul, AZƏRTAC

Bu gün ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatların, o cümlədən azad mətbuatın inkişafı istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, mətbuatın inkişafı hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisidir.

Əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu cür əlverişli şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Azərbaycanda internet azaddır, ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq qeyri-mümkündür. Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları hesabatlarında Azərbaycanı “qeyri-azad ölkə” kimi təqdim edəndə Azərbaycan dövləti onlara cavab olaraq bildirir ki, ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu, medianın müstəqilliyinin daha bir göstəricisidir. Təbii ki, sərhəd, məkan, zaman tanımayan bugünkü qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.

Zamanın, dövrün tələblərinə uyğun təkmilləşən, yeniləşən Azərbaycan mətbuatından ictimaiyyətin gözləntiləri hər zaman müzakirə olunan məsələlər sırasındadır. Bu müzakirələrin əsas mövzusu milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını həmişə uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürməkdir. İctimaiyyətin bu gün mətbuatdan gözləntisi isə tarixi Zəfəri ilə dünyaya səs salan, adını çoxəsrlik tariximizə qalib ölkə kimi yazan Azərbaycanın postmünaqişə dövrünün reallıqlarını ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırmaqdır. Azərbaycanın tarixi həqiqətlərinin təbliğində üzərinə düşən vəzifəni şərəflə yerinə yetirən mətbuatımızın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi fədakarlıqlar dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan Prezidenti ötən il Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində jurnalistlərlə görüşündə də bu kimi məqamlardan geniş bəhs edərək hazırkı dövrün tələblərinin nədən ibarət olduğunu açıqladı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnаlist Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, tarixi Zəfərimizin reallıqları bütün sahələrdə islahatların dərinləşdirilməsini bir tələbə çevirdi. “Şübhəsiz, cəmiyyətin güzgüsü olan mətbuat bu prosesdən kənarda qala bilməzdi. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı dövrün çağırışlarını, cəmiyyətin yazılı və elektron KİV-lərdən gözləntilərini özündə tam şəkildə ehtiva edib. Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan həmin sənədə uyğun olaraq “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı”, - deyə o əlavə edib.

Baş redaktor mətbuatdan gözləntilərə diqqət yetirməyin səbəbsiz olmadığını xüsusi vurğulayaraq deyib: “Son zamanlar bir sıra mətbu orqanlarda intihar halları ilə bağlı xəbərlərin geniş yayılmasını təəssüf hissi ilə qeyd edirik. Yazının əvvəlində mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü diqqətə çatdırdıq. Bu halda cəmiyyətə təqdim olunan informasiyaların obyektivliyi ilə yanaşı, hadisələrin baş vermə səbəblərinin düzgün araşdırılmasına, yanlış şərhlərin ölkə ictimaiyyətində doğuracağı ajiotaja diqqət yetirmək gərəkdir. Baxmayaraq ki, bəzi media subyektləri belə səpkili informasiyalardan özlərinin oxucu auditoriyalarını genişləndirmək üçün bir vasitə kimi bəhrələnməyə çalışırlar. Amma bunun yaş kateqoriyasından asılı olaraq insanlarda, cəmiyyətdə hansı fəsadları yaradacağını da unutmamalıyıq. Bu informasiyalar sırasında daha çox gənclərin intiharının qabardılması, ictimailəşdirilməsi həyəcan təbilinin çalınmasına səbəb olmaya bilməz. Bu baxımdan ki, hər gün bu səpkili informasiyaların yükünün artırılması sanki belə halların baş verməsinin zəruriliyi barədə rəy yaradır ki, bundan da əziyyət çəkən, zərbə alan gənclikdir. Bir mühüm məqamı da unutmayaq ki, istər yaşanan hər hansı bir hadisə, istərsə də mətbuat səhifələrinə çıxarılan informasiyaların insanlar tərəfindən qəbulunda da fərqliliklər mövcuddur. Bu kimi tükürpərdici, narahatlıq doğuran məlumatların təqdim edildiyi auditoriyanı da göz önünə gətirməyə böyük ehtiyac var”.

Vüqar Rəhimzadə belə narahatlıq doğuran informasiyalar sırasında son zamanlar bəzi qüvvələrin Vətən müharibəsi qazilərinin adından sui-istifadə etmək cəhdlərini qeyd edib. O bildirib: “Bu, danılmaz faktdır ki, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ailələrinə və qazilərə dövlətin diqqət və qayğısı davamlı xarakter daşıyır. Bunu əsaslandırmaq üçün istər onların sosial məsələlərinin, istərsə də qazilərimizin sağlamlığı ilə bağlı problemlərinin həlli istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Bəzi media orqanlarında yer alan intihar hadisələri arasında qazilərimizin də adlarının hallandırılmasının arxasında hansı niyyətlərin dayandığı məlumdur. Bu, baş verən hadisədən öz çirkin niyyətini həyata keçirmək üçün istifadə edənlər üçün adi görünsə də, cəmiyyət onların qəhrəmanlığı, şücaəti sayəsində Zəfər tariximizin yazılmasından keçirdiyi qürur hissi ilə paralel olaraq böyük mənfiliklə qabardılan hadisələrin şokunu yaşayır”.

Baş redaktor onu da əlavə edib ki, belə informasiyaların təqdimatında jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla yanaşı, haqlı olaraq ictimai qınağa səbəb olur. Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin bu günlərdə yaydığı açıqlamada vurğulanır ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi, intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda, jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz.

Vüqar Rəhimzadə medianın uşaqlara münasibətində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməsinə çağırışların əsas yer tutduğunu bildirib. Deyib ki, ümumilikdə peşəkar medianın ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirdiyini unutmaq olmaz. Bu, o demək deyil ki, baş verən hadisələrə laqeyd yanaşılır, sıradan bir olay kimi qəbul olunur. Sadəcə, intihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları təqdim edərkən medianın ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşılmalı, peşəkar həssaslıq nümayiş etdirilməlidir. Hər bir məsələnin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması əsasdır. Belə halların baş verməməsi üçün onları mətbuat səhifələrinə çıxarıb ictimailəşdirmək yox, baş verənlərin səbəblərinin araşdırılması, belə hallara yox demək üçün maarifləndirici tədbirlərin işıqlandırılması, təhlili yazıların verilməsi gərəkdir. Hər bir mətbu orqan qarşısında dayanan prinsiplərə əməl edib, ictimaiyyətin informasiya tələbatını onun gözləntiləri fonunda ödəməklə daha böyük rəğbət qazanar. İntihar hadisələrinin təbliği vasitəsilə oxucu auditoriyasını genişləndirmək cəhdi heç bir media subyektinə başucalığı gətirməz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb