Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Mehriban Əliyeva: Moskva ilə Bakının münasibətləri nümunəvi xarakter daşıyır
Azərbaycanın Birinci vitse-prezidentinin TASS agentliyinə, “Rossiyskaya qazeta”ya və “Rossiya-24” telekanalına müsahibəsi YENİLƏNİB VİDEO

Bakı, 25 noyabr, AZƏRTAC 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyada rəsmi səfərdə olub. O, Prezident Vladimir Putin ilə görüşüb. Vladimir Putin onu iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib. Bundan əlavə, Mehriban Əliyeva Rusiya Hökumətinin başçısı Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb. Mehriban Əliyeva səfər müddətində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bərpa olunmuş “Azərbaycan” pavilyonunun açılışında iştirak edib.

Birinci vitse-prezident TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində səfərinin yekunları barədə danışıb. AZƏRTAC müsahibəni təqdim edir.

-Hər vaxtınız xeyir, Mehriban xanım. Sizinlə görüşmək imkanına görə çox sağ olun. Sizin Moskvaya, Rusiyanın paytaxtına rəsmi səfəriniz başa çatır. Səfərinizin proqramı son dərəcə zəngin olub, çoxlu görüşlər, o cümlədən Rusiyanın rəhbərliyi ilə görüşlər keçirmisiniz. Səfərin yekunlarını necə qiymətləndirirsiniz? Bu günlər ərzində Moskvada Sizin üçün ən çox yadda qalan nə olub?

-Hər vaxtınız xeyir, hörmətli Mixail Solomonoviç. Sizi görməyimə çox şadam. Yenidən Moskvada olmağıma çox şadam. Mən, ilk növbədə, Rusiya Federasiyasına rəsmi səfərə dəvətə, səmimi qəbula, maraqlı görüşlərə və danışıqlara görə Rusiya Federasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Hökumətin başçısı Dmitri Anatolyeviç Medvedevə, Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenkoya dərin minnətdarlığımı bildirmək istəyirəm.

Ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.

Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir.

Qeyd etdiyim kimi, Azərbaycan ilə Rusiyanı qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Siz qeyd etdiyiniz kimi, mənim səfərim dolğun, maraqlı oldu. Əlbəttə, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti, hörmətli Vladimir Vladimiroviç Putin ilə görüşümü qeyd etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərin bir çox aspektlərini müzakirə etmək üçün gözəl fürsət idi. Bu görüş zamanı Rusiya Federasiyasının Prezidenti mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var.

-Mehriban xanım, Siz tamamilə haqlı olaraq dediniz ki, Rusiya ilə Azərbaycanın münasibətləri həqiqətən heç vaxt indiki qədər sıx olmayıb və bu münasibətlərin kökləri doğrudan da uzaq keçmişə gedib çıxır. Lakin digər tərəfdən, bugünkü münasibətlərə görə biz, əlbəttə, ilk növbədə, - bunu Siz də qeyd etdiniz, - ölkələrimizin liderlərinin, Prezident Vladimir Vladimiroviç Putinin və Prezident İlham Heydər oğlu Əliyevin sıx qarşılıqlı əlaqələrinə borcluyuq. Onlar bu əlaqələri daha da möhkəmləndirirlər. Bununla belə, - Siz çoxvektorluluq barədə danışdınız, - Sizin fikrinizcə, bizim əməkdaşlığımız hansı sahələrdə daha perspektivlidir? Hansı sahələrdə bu əməkdaşlıq daha real bəhrələr verir və harada, ola bilsin, Sizin fikrinizcə, hələ reallaşdırılmamış potensial var?

-Qeyd etdiyim kimi, Rusiya-Azərbaycan münasibətləri çox geniş spektri əhatə edir. Buraya iqtisadi blok, humanitar sahədə qarşılıqlı fəaliyyət daxildir. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. İqtisadi sahəyə, bu sahədə qarşılıqlı əlaqələrə nəzər salsaq, burada uğurlu qarşılıqlı fəaliyyət artıq öz bəhrələrini verir. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin durmadan artması müşahidə olunur. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq 2,6 milyard dollara bərabər olub. Cari ilin doqquz ayı ərzində bu göstəricinin artıq 26 faizə çatması müşahidə olunur, qarşılıqlı sərmayə qoyuluşu göstəriciləri də yaxşıdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb. Çox sevindirici haldır ki, son vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir.

Konkret nümunələr kimi “SOCAR Polymer” müəssisəsinin, “Azərikimya” müəssisələrinin modernləşdirilməsi, “KamAZ” yük avtomobillərinin yığılması və istehsalı, “P-Farm” dərman preparatları zavodunun birinci növbəsinin tikintisini göstərə bilərəm.

Tranzit-nəqliyyat sistemi bizim qarşılıqlı fəaliyyətdə çox mühüm və perspektivli istiqamətdir. Burada Qərbi Avropa bazarlarını asiyalı istehlakçılarla birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması ən mühüm müştərək layihələrdən biridir. Bu layihənin reallaşdırılması başlayandan bəri ötən il uzunluğu yeddi min kilometrdən çox olan bu marşrut üzrə yükdaşımaların həcmi səkkiz dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərindən birgə tikilən körpünün inşası başa çatacaq və o, istifadəyə veriləcək.

-Mehriban xanım, mənim bildiyimə görə, Siz Birinci vitse-prezident kimi humanitar, sosial və mədəni sahələrin inkişafına xüsusi diqqət yetirirsiniz. Bu sahələr Sizin ciddi maraq obyektinizdir. Mənim fikrimcə, bu da Rusiya-Azərbaycan əməkdaşlığının çox mühüm amilidir. Bu baxımdan, bizim qarşılıqlı münasibətlərimizin bu sahəsi necə inkişaf edir? Axı bu humanitar sahə bütün insanlara, mənəvi həyata, bizim, bir daha deyirəm, tarixi köklərimizə aiddir. Bu mənada, indi Siz nəyi daha vacib hesab edirsiniz?

-Siz tamamilə düzgün vurğuladınız. Humanitar sfera, humanitar sahə dövlətlərarası münasibətlərdə belə adlandırıldığı kimi şəxsiyyətlərarası ünsiyyətdir. Bunu qeyd etməyə çox şadam ki, humanitar sahədə Azərbaycan-Rusiya münasibətləri nümunəvi xarakter daşıyır. Bizim paytaxtımızda Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Humanitar Forum mütəmadi keçirilir. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə qayğıkeş və hörmətli münasibət hamıya məlumdur. Bizim ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır, hər il rus dili olimpiadası keçirilir, 14 dövlət ali məktəbində rus dili kafedraları və rus bölməsi fəaliyyət göstərir. Keçən il 130 mindən çox orta məktəb şagirdi və 25 mindən artıq ali məktəb tələbəsi rus dilində təhsil alıb.

Ali məktəblər arasında əməkdaşlıq da yüksək səviyyədədir. Azərbaycanda, bizim paytaxtda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birlikdə icrasına başlanıb.

Azərbaycanda çoxminli rusdilli icma var, bu icma ölkəmizin ümumi inkişafına layiqli töhfə verir, çoxsaylı sərgilər keçirilir. Bu il Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Gələn il qarşılıqlı tədbir - Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planlaşdırılır. Dediyim kimi, bu sahədə bizim münasibətlərimiz nümunəvidir. Bu, çox vacibdir, çünki bu sahə həqiqətən insanları, xalqları yaxınlaşdırır. Biz də bu ortaq humanitar məkanı qoruyub saxlamaqda maraqlıyıq.

-Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev dəfələrlə deyib, - biz bunu müxtəlif tribunlardan kifayət qədər tez-tez eşidirik, - təəssüf ki, bir sıra Avropa ölkələrində özünü doğrulda bilməmiş multikulturalizm Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, üstəlik, bu gün Azərbaycanda onu real olaraq müşahidə edirik. Belə adlandırılan çoxkonfessiyalılıq da multikulturalizmlə qarşılıqlı bağlıdır. Lap yaxın vaxtlarda Bakıda Dünya dini liderlərinin ikinci Sammiti keçirildi. Həmin tədbirdə dünyanın ən müxtəlif dinlərinin nümayəndələri iştirak edirdilər. Onlar hamısı Azərbaycanda heyrətamiz çoxkonfessiyalılığı qeyd etdilər. Buna nəyin hesabına nail olursunuz? Bu, yalnız tarixi köklərdən irəli gəlir, yoxsa, bugünkü Azərbaycan iqtidarının məqsədyönlü fəaliyyətinin nəticəsidir? Bu baxımdan, Siz gələcək inkişafı necə görürsünüz?

-Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarının birində qeyd edib ki, “multikulturalizm” sözü bizim leksikonumuzda yetərincə təzə sözdür, lakin bu sözün arxasında dayanan ənənələrin çoxəsrlik tarixi var. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşir və sözsüz ki, bu, onun çoxəsrlik tolerantlıq və multikulturalizm mədəniyyətinə də təsir göstərir. Müxtəlif millətlərə, mədəniyyətlərə və dinlərə mənsub insanlar əsrlərboyu ölkəmizdə sülh, həmrəylik və dostluq şəraitində yaşayıblar və yaşayırlar, bu gün də bu ənənə dövlət siyasəti ilə dəstəklənir. Buna görə Azərbaycan bu gün beynəlxalq aləmdə artıq dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi tanınmış məkana çevrilib. Siz bu yaxınlarda bizim paytaxtda Dünya dini liderlərinin ikinci Sammitinin keçirilməsini qeyd etdiniz.

Siz tamamilə düzgün olaraq vurğuladınız ki, müasir dünyada, təəssüf ki, ümumi gərginlik artır. Biz irqçilik, ksenofobiya, islamofobiya, antisemitizm, millətlərarası və dinlərarası qarşıdurmanın qızışdırılmasında dindən istifadə edilməsi kimi təhlükəli meyillərin artmasının şahidləriyik. Bu gün bütün bu məsələlər ümumbəşəri əhəmiyyət kəsb edir və Azərbaycanda bu məsələlərin ən yüksək dövlət səviyyəsində qaldırılması, zənnimcə, təsadüfi deyil, ona görə ki, mənim dediyim kimi, Azərbaycanda qədim ənənələr var. Bununla bərabər, belə beynəlxalq tədbirlərdə səslənən bu cür ismarıcların bütün dünya ictimaiyyətinə çatdırılması vacibdir. Dünya dini liderlərinin ikinci Sammitində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill də iştirak və çıxış etdi. Hesab edirəm ki, onun bütün ismarıcları, müraciətləri bu gün aktualdır, bəlkə də həmişəkindən daha aktualdır, ona görə ki, dünyada bu təhlükəli hadisələrin artması meyli təəssüf doğurur. Mən əminəm ki, bu təhdidləri yalnız ümumi səylərlə, həm dövlət başçıları səviyyəsində, həm də adi vətəndaş cəmiyyəti arasında səylərlə dayandırmaq olar.

-Mənim daha bir sualım var. Sizin Moskvada keçirdiyiniz çox mühüm görüşlər arasında, zənnimcə, bir görüş xüsusi fərqlənib və Rusiya mətbuatında geniş işıqlandırılıb. Mən əvvəllər Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi adlandırılan məkanda yeni “Azərbaycan” pavilyonunun açılışını nəzərdə tuturam. Bu pavilyonun da öz tarixi var və Siz açılışda bu barədə çox yaxşı danışdınız. Lakin mən bir məqama diqqət yetirdim ki, pavilyonun yenilənməsi, faktiki olaraq yenidən yaranması Sizin başçılıq etdiyiniz Heydər Əliyev Fondu ilə bağlıdır. Bu işdə çoxları, o cümlədən Moskvanın hakimiyyət orqanları, Moskva təşkilatları da iştirak ediblər, lakin mən belə başa düşürəm ki, bütün bunlara Sizin başçılıq etdiyiniz Heydər Əliyev Fondu himayədarlıq edib. Bununla əlaqədar mən sərginin ərazisində, digər tərəfdən moskvalılar üçün də tamamilə nadir məkana çevrilmiş pavilyon mövzusuna bir daha qayıtmaq istərdim və xahiş edərdim ki, Siz Fond barədə bir neçə kəlmə deyəsiniz. Çünki o, iri beynəlxalq ictimai humanitar xeyriyyə təşkilatlarından birinə çevrilib. Bu gün o, dünyada çox nüfuzlu humanitar təşkilat imicinə malikdir və bütün bu illər ərzində Fonda Siz başçılıq edirsiniz. Siz bu Fondun gələcək inkişafını, deyək ki, bu pavilyon prizmasından necə görürsünüz?

-Mən, ilk növbədə, Rusiya Federasiyasının rəhbərliyinə, Moskva şəhəri hökumətinə Azərbaycan dövləti üçün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində milli “Azərbaycan” pavilyonumuzun bərpasında iştirak etmək imkanı yaratdıqlarına görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, bu əlamətdar hadisə mənim rəsmi səfərim çərçivəsində baş verdi. Bizim milli pavilyonun açılışında iştirak etməkdən qürur duyurdum. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi bu gün dünyanın ən iri sərgi mərkəzlərindən biridir. Hər il Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə çoxsaylı qonaqlar gəlir və Moskvanın bu memarlıq-mədəniyyət mərkəzinin tarixi həqiqətən çox maraqlıdır. Bizim “Azərbaycan” pavilyonu 1939-cu ildə inşa edilib, sonrakı illərdə başqa pavilyonlar kimi o da çoxsaylı dəyişikliklərə məruz qalıb. 1966-cı ildə pavilyon bütöv metal qutu ilə örtülüb, onun siması tamamilə dəyişib və o, öz funksional və milli identikliyini, demək olar ki, itirib. Bərpa işləri 2017-ci ildə başlandı. Təbii ki, bu, Azərbaycan dövlətinin qərarı idi və Heydər Əliyev Fondunun rəhbərliyi altında həyata keçirilirdi. Qeyd etməliyəm ki, Fondun komandası bu işə çox böyük qayğı və məsuliyyətlə yanaşıb, çünki pavilyonun ilkin simasını bərpa etmək, onun milli autentikliyini qaytarmaq məqsədi qarşıya qoyulmuşdu. Böyük işçi qrupu yaradıldı, həm Rusiyadan, həm də Azərbaycandan ən yaxşı mütəxəssislər cəlb edildi. Orijinal simanı bərpa etmək üçün hər incəliyə, hətta naxışlara da diqqət yetirilirdi. Əlbəttə, bizim bu gün gördüklərimiz çox sevindiricidir, əminəm ki, bu, hər bir azərbaycanlını sevindirir. Yenilənmiş “Azərbaycan” pavilyonu öz qapılarını Rusiya paytaxtının qonaqlarının da üzünə açır. Bununla bərabər o, ölkələrimiz arasında, xalqlarımız arasında, o cümlədən humanitar sahədə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək daha bir məkandır.

Fonda gəldikdə isə, Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Onun fəaliyyətinin əsas istiqamətləri təhsilin, səhiyyənin, gənclərin, ölkəmizin əhalisinin ən imkansız təbəqələrinin dəstəklənməsi, o cümlədən qaçqınlara və məcburi köçkünlərə kömək kimi mühüm sahələrdir. Zənnimcə, belə desəm yanılmaram ki, Fond 15 illik fəaliyyəti ərzində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük hörmət qazanıb. Fondun əsas ideologiyası ondan ibarətdir ki, irimiqyaslı layihələri reallaşdırmaqla bərabər, bu illər ərzində ölkəmizdə Fondun xətti ilə həqiqətən çox işlər görülüb, yüzlərlə məktəb və uşaq bağçası tikilib, tarixi abidələr bərpa edilib, çoxsaylı tədbirlər təşkil edilib. Biz həmişə bir məqamı unutmamağa çalışırıq ki, bütün bu işlər ölkəmizdə insanların daha yaxşı yaşamasına yönəlib, biz konkret vətəndaşı görməyə və eşitməyə çalışırıq. Ona görə Fondun hamıya məlum olan, yaxşı işıqlandırılan işindən əlavə, bizim elan etmədiyimiz işlər də var. Yəni, bu gün Azərbaycanda vətəndaşlarımız bilirlər ki, onlar Fonda müraciət etdikdə mümkün olan hər cür kömək edilməsi üçün maksimum səy göstəriləcək. Mən fəxr edirəm ki, Fondda bu cür vətənpərvər, yaxşı təhsil görmüş, artıq müstəqil Azərbaycanda böyümüş gənclər komandası var və bizim uğurlarımız, əlbəttə ki, komanda şəklində işin uğurudur. Buna görə mənim fikrimcə, Heydər Əliyev Fondunun əsas nailiyyəti ondan ibarətdir ki, o, Azərbaycan xalqının bu cür hörmətini və sevgisini qazanıb.

-Hörmətli Mehriban xanım, söhbət üçün Sizə təşəkkür etmək istəyirəm. Artıq Yeni il yaxınlaşır. Onu həm Azərbaycanda, həm də Rusiyada qeyd edəcəklər. Sizinlə sağollaşmağa çox təəssüflənəcəyəm, çünki Yeni ilə qədər bu sözləri eşidə biləcəyimizə əmin deyiləm. Ona görə sağollaşmaqdan əvvəl Sizdən xahiş etmək istərdim, qarşıdan gələn ildə rusiyalılara və öz həmvətənlərimizə arzularınızı bildirəsiniz.

-Mən həm Rusiya xalqına, həm də Azərbaycan xalqına, ilk növbədə, əlbəttə, sülh arzulamaq istəyirəm. Dövlətlərimizin uğurlu inkişafını, onların qarşısında duran planların həyata keçməsini arzulamaq istəyirəm. Tamamilə adi insani istəklərimi - möhkəm cansağlığı, nurlu və xeyirli günlər arzulamaq istəyirəm. İstəyirəm ki, uğurlar kədərlərdən çox olsun. Kədər bizdən yan keçsin. İnsanlar müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün özündə qüvvə tapsınlar. Ona görə ki, həyatda çətinliklər, kədərli günlər də olur, amma istərdim ki, şad, parlaq, işıqlı günlər daha çox olsun.

-İcazə verin, bu arzularınıza görə Sizə təşəkkür edim və öz növbəmdə, Sizə də onları arzu edim. Sizə cansağlığı, uğurlar arzulayır, ən xoş diləklərimi bildirirəm. Çox sağ olun.

-Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Mehriban Əliyeva: Moskva ilə Bakının münasibətləri nümunəvi xarakter daşıyır  Azərbaycanın Birinci vitse-prezidentinin TASS agentliyinə, “Rossiyskaya qazeta”ya və “Rossiya-24” telekanalına müsahibəsi YENİLƏNİB VİDEO

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib VİDEO

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib