Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məişət zorakılığı: adi məişət hadisəsi, yoxsa insanlığın bəlası?

Bakı, 13 may, Səadət Hakıyeva, AZƏRTAC

Dünyada geniş yayılmış problemlərdən biri - məişət zorakılığı demək olar əksər ailələrdə müəyyən formalarda özünü büruzə verir. Məişət zorakılığı kimi qəbul edilən ailədaxili şiddət bu günün deyil, əsrlərin problemidir. Hazırda dünyada bu problemin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülür. Bununla belə, məişət zorakılığı probleminin həll edildiyini söyləmək çətindir. Mütəxəssislərin fikrincə, zorakılığın əsasında psixoloji şiddət dayanır.

Bəs zorakılığı törədənlər kimlərdir?

Gender əsaslı zorakılığın əsas növü kim, məişət zorakılığı təəssüf ki, Azərbaycanda da geniş yayılıb. Təəssüf doğuran əsas məqamlardan biri isə ölkədə qadınların məişət zorakılığına məruz qalan əsas qrup olmasıdır.

Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsi üzrə Milli Koordinatorun 2022-ci il üzrə illik hesabatında təkcə ötən il ərzində insan alveri qurbanı olan 94 nəfərdən 93-nün qadın olduğu bildirilir. Bu qurbanlardan 82-si cinsi istismara, ikisi isə məcburi əməyə məruz qalıb.

Zorakılığı törədən şəxslərin böyük hissəsini ənənəvi olaraq kişilər təşkil edirlər. Bunu rəqəmlər də sübut edir. Belə ki, təkcə 2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 964-ü qadın, 304-ü isə kişi olub. 2018-ci ildə bu rəqəmlər müvafiq olaraq 915 və 306 təşkil edib.

Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. İnkar etmək olmaz ki, bəzi hallarda qadınlar da şiddət törədirlər. Lakin bu, əksər hallarda ya özünü, ya da uşaqlarını şiddətdən müdafiə etmək üçün edilir. Bəs görəsən məişət zorakılığının qarşısını almaq mümkündürmü və bunun üçün nələr etmək lazım gəlir?

Ayrı-seçkilik olmamalıdır

Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qadınların hüquqlarının müdafiəsi üçün davamlı tədbirlər həyata keçirilir. 2006-cı ildə “Qadın və kişilərin bərabər hüquqlarının dövlət təminatı haqqında” Qanun qəbul olunub və gender bərabərliyinin hüquqi əsasını qoyan Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya ratifikasiya edilib. Azərbaycanda məişət zorakılığının qarşısının alınmasına dair Milli Strategiya və Milli Fəaliyyət Planının təsdiqlənməsi bu istiqamətdə çox mühüm və müsbət işlərdən biridir. Məqsəd ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır.

Azərbaycan Prezidenti 2020-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi sisteminin formalaşdırılması, təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizə orderlərinin verilməsi və zərər çəkmiş şəxslərə zəruri yardım göstərilməsi məsələləri qarşıya məqsəd qoyulub. Məişət zorakılığı törətmiş şəxslərlə qabaqlayıcı işlərin aparılması zərər çəkmiş şəxslərin, onların ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasını mümkün edir və zorakılığın təkrarlanmasının qarşısını almağa, məişət zorakılığı törətmiş şəxslərə öz zorakı əməllərinə görə məsuliyyət hiss etdirməyə imkan verir.

Milli Fəaliyyət Planına əsasən, məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsində vəkil, prokuror, polis və məhkəmə orqanları kompleks fəaliyyət göstərməlidir. Zərərçəkənlərin polis və məhkəmə orqanlarına etimadının artırılması və məşğulluq imkanlarının genişləndirilməsi vacib məsələlərdəndir.

Azərbaycan hökumətinin məişət zorakılığı ilə bağlı bütün labüd məsələlərdə aidiyyəti səlahiyyətli dövlət orqanları arasında effektiv əməkdaşlıq qurması üçün koordinasiya qurumu yaratması tövsiyə olunur. Bu qurumda gender cəhətdən sistemli təlimlərdən keçmiş, bu sahədə ixtisaslaşmış işçilər olmalıdır ki, burada da gender balansı qorunsun. Koordinasiya qurumu istər hüquq-mühafizə orqanlarından, istərsə də istənilən tibb müəssisəsinə müraciət edən qurbanlar haqqında məlumatları qəbul etmək və ötürə bilmək imkanına malik olmalıdır. Zərərçəkmiş və təqsirkarlar barəsində dəqiq statistik məlumatlara əsaslanan databazanın formalaşması xüsusi diqqət çəkir.

Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, gender bərabərsizliyi və gender əsaslı zorakılıq haqqında ictimaiyyəti daim məlumatlandırmaq, bu sahədə reallaşdırılan düzgün siyasət problemin həllinə kömək edə bilər. Məişət zorakılığının qarşısının alınmasında vətəndaş cəmiyyətinin önəmli rolunu qeyd edən deputat şiddətə aparan səbəblərdən olan məcburi nikahların ictimailəşdirilməsinin, hesabatlarda yer almasının vacibliyini vurğulayıb.

Daha çox kişilər maarifləndirmə işlərinə cəlb olunmalıdır

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, məişət zorakılığı ilə bağlı mexanizmlər 2016-cı ildən sonra daha çox işə düşməyə başlayıb. Həmin vaxtdan etibarən zorakılığın qarşısının alınması istiqamətində xüsusi canlanmanın müşahidə olunduğunu qeyd edən müsahibimiz bu sahədə müsbət tendensiyaları da diqqətə çatdırıb. Bu kontekstdə təhlükəsizlik məsələlərinin çox vacib olduğunu vurğulayan QHT sədri deyib: “Məişət zorakılığı halları dünyanın hər yerində və demək olar bütün ailələrdə var. Düşünürəm ki, zorakılığın qarşısını almaq üçün kişilərlə daha çox işləmək lazımdır. Kişilərlə maarifləndirmə işlərinin aparılması məişət zorakılığının qarşısının alınmasında mühüm məsələlərdəndir. Layihə üçün ilkin olaraq Kürdəmir, İmişli və buraya yaxın rayonlar seçilib. Paralel olaraq tədqiqatlar da davam edir. Milli Fəaliyyət Planı bu kontekstdə çox əhəmiyyətlidir. Qurumların kompleks şəkildə fəaliyyəti bu istiqamətdə daha effektli olardı. Pərakəndə halda olan bəzi xidmətləri sistemləşdirmək lazımdır”.

Ailəsində anasına qarşı törədilən zorakılığa şahid olmuş qızlar gələcək ailələrində şiddətlə üzləşəndə anaları kimi hərəkət edirlər. Yəni, ərindən zorakılıq gördükdə, anaları kimi şiddətə dözərək səs çıxarmır, vəziyyətdən çıxış və ya xilas yolu axtarmırlar. Xüsusilə də az təhsilli, dünyagörüşlərinin inkişafına imkan yaradılmamış qadınlar mübarizə aparmağı bacarmır və ya qorxurlar. Bəllidir ki, zorakılıqla təhsilli və dünyagörüşlü qadınlar da üzləşirlər. Buna da səbəb “buxov”lardır. Həmin “buxov”lar mental dəyərləri əsas tutan valideynlərin, qohum-əqrəbanın və ictimaiyyətin qınağını özündə birləşdirir.

Mehriban Zeynalova qeyd edib ki, məişət zorakılığı ilə bağlı müraciət edən şəxsin inteqrasiyası məsələsi, onun iqtisadi asılılığının aradan qaldırılması vacibdir. Sığınacağa yerləşmək istəyən şəxslərə sosial yardımın verilməsi vacib göstəricidir. İnteqrasiya proqramının olmaması da zorakılıq halının yenidən baş verməsinə gətirib çıxarır. Qadınlar çox vaxt uşaq amili və iqtisadi asılılığa görə şiddətdən xilas ola bilmirlər. İnteqrasiya proqramı hazırlananda mental münasibətlər nəzərə alınmalıdır. Boşluqları tədqiq edərək onları proqrama daxil etmək lazımdır.

Ötən il neçə mühafizə orderi verilib?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) hüquqi təminat şöbəsinin məsləhətçisi İradə Məmmədova sorğumuza cavab olaraq bildirib ki, 2021-ci ilin 9 ayı ərzində dövlət komitəsi tərəfindən məişət zorakılığı ilə bağlı rayon icra hakimiyyətlərinə 69 qısamüddətli, 4 uzunmüddətli, 2022-ci il ərzində isə 46 qısamüddətli, 12 uzunmüddətli mühafizə orderi verilib.

2022-ci ilin yekunlarına dair statistik hesabatlara əsasən, il ərzində icra və probasiya qurumlarının icraatında məişət zorakılığı ilə əlaqədar 158 icra sənədi olub. Həmin sənədlərdən 12-si uzunmüddətli, 146-sı isə qısamüddətli mühafizə orderləridir.

Sığınacaqların sayı artırılmalıdır

AQUPDK-nın rəsmisinin sözlərinə görə, hazırda ölkədə 1 dövlət yardım mərkəzi və məişət zorakılığından zərərçəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş 8 qeyri-dövlət yardım mərkəzi fəaliyyət göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial Xidmətlər Agentliyinin tabeliyində Sabunçu rayonunun Zabrat qəsəbəsində “Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi” istifadəyə verilib. 2021-ci ilin yayından həmin müəssisədə “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya” şöbəsi yaradılıb. Bu şöbə 30 nəfər üçün nəzərdə tutulub.

İ.Məmmədova Bakıda məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sığınacaqların da fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, paytaxtdakı sığınacaq “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin, Gəncə şəhərindəki sığınacaq isə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdindədir.

AQUPDK-nın rəsmisi regionlarda yardım mərkəzlərinin yaradılmasına ehtiyac olduğu barədə ƏƏSMN-ə təklif verildiyini də diqqətə çatdırıb.

Yazı “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH