SİYASƏT
“MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI HAQQINDA” QANUN LAYİHƏSİNİN PARLAMENTİN PAYIZ SESSİYASINDA MÜZAKİRƏSI GÖZLƏNİLİR
Bakı, 30 avqust (AZƏRTAC). Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova demişdir ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.
Komitə sədrinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın 4-cü dövrü hesabatı yüksək qiymətləndirilmişdir. Hesabat müzakirə olunarkən ölkəmizə verilən tövsiyələrdən ən vacibi qadınlara qarşı ayrı-seçkiliyin bütün təzahürlərinin, o cümlədən məişət zorakılığının qarşısının alınması üçün xüsusi qanunun qəbulu ilə bağlı olmuşdur. Ona görə də bütün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bu istiqamətdə bizə köməklik göstərirlər.