CƏMİYYƏT
Məktəblərarası “Gülməmək qadağandır” Birinci şən və hazırcavablar klubu festivalının final oyunu keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkil etdiyi məktəblərarası “Gülməmək qadağandır” Birinci şən və hazırcavablar klubu festivalının final oyunu keçirilmişdir.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivalın rəhbəri Habil Quliyevin verdiyi məlumata əsasən üç mərhələdən ibarət olan final oyununda 160 nömrəli klassik gimnaziyanın, 189 saylı məktəbin və Zərifə Əliyeva adına liseyin komandaları qarşılaşmışlar.
“Parni iz Baku” komandasının üzvü Azər Məmmədov, “Planet Parni iz Baku” KVN teatrının prodüsseri Kamran Mansurov, gənc aktyor Hacıağa Musayev, ATGTİ-nin nümayəndəsi Mehrab Əmirov və layihənin rəhbəri Habil Quliyevin daxil olduğu münsiflər heyəti, finalda məktəblilərin təqdim etdikləri nömrələri qiymətləndirərək, qalibi müəyyən etmişlər.
Münsiflərin qərarına əsasən, festivalın qalibi 160 nömrəli klassik gimnaziyanın “160% gülüş” komandası olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]