MƏMMƏD ARAZIN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində küçələrdən birinə Məmməd Arazın adının verilməsini və onun yaşadığı binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsinin vurulmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart 2010-cu il.