Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mənzil İnşaatı Dövlət Agentliyində 2019-cu ildə fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş hesabat iclası keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, iclası giriş nitqi ilə açan Mənzil İnşaatı Dövlət Agentliyinin idarə heyətinin sədri Sadiq Sadıqov MİDA-nın 2019-cu ildə fəaliyyətinin əsas istiqamətləri və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib. İdarə heyətinin sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən irimiqyaslı layihələr, Azərbaycanın hərtərəfli tərəqqisi naminə qəbul edilən dövlət proqramları ölkəmizin iqtisadi, siyasi, sosial və digər sahələrinin davamlı və dinamik inkişafına böyük təsirini göstərməkdədir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edən S.Sadıqov 2019-cu ilin agentliyin fəaliyyətində bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldığını vurğulayıb.

Bildirilib ki, 2019-cu ildə agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 5 satışı həyata keçirilib və 1112 ailə güzəştli mənzilə sahib olub. Ümumilikdə isə Yasamal Yaşayış Kompleksində agentliyin sərəncamında olan 1634 mənzildən 1390 ədədi bu günədək vətəndaşlar tərəfindən güzəştli şərtlərlə əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 514-ü mənzili öz vəsaiti hesabına, 876-sı isə güzəştli ipoteka krediti hesabına əldə edib. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib. Hazırda həmin yaşayış kompleksində qalan mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi prosesi davam etdirilir.

Qeyd edilib ki, 2017-ci ildə dekabrın 24-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksinin tikintisi ötən il ərzində başa çatdırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair bağlı ölkə başçısının tapşırıqlarını icra etmək məqsədilə MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2202 mənzilin, Sumqayıt şəhərində 0,75 hektar ərazidə 144 mənzilin tikintisi həyata keçirilir. Gəncə şəhərində isə 6,23 hektar ərazi çoxmənzilli binaların tikintisi üçün agentliyin sərəncamına verilib. Layihələndirmə işləri tamamlandıqdan sonra həmin ərazidə yaşayış kompleksinin tikintisinə başlanılacaq.

Agentliyin fəaliyyətində önəmli hadisələrdən biri də Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilməsi olub. Yeniliklərə “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını alması, mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyən şəxslərə gözləmə qaydasında mənzil əldə etmək imkanının yaradılması və öz vəsaiti hesabına ödəniş edərək mənzil almaq istəyən şəxslər üçün satış elanı verilməsi aiddir. Bu günə qədər mənzilin alqı-satqısını rəsmiləşdirən şəxslərdən 46 nəfəri məhz gözləmə qaydasında mənzil seçmiş şəxslər olub.

Ötən il “Güzəştli mənzil” sisteminin müəlliflik hüquqlarının təsdiq olunması ilə bağlı əhəmiyyətli hadisələrlə yadda qaldı. Belə ki, “Güzəştli mənzil” sistemi funksional cəhətdən effektiv və beynəlxalq səviyyədə unikal (innovativ) olduğuna görə sistemin əqli mülkiyyət hüquqlarının (əmtəə nişanı, müəlliflik hüququ, patent) qeydiyyatı ilə bağlı işlərə başlanılıb. İlk olaraq, Sistemin əmtəə nişanının qeydiyyatı məqsədilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə rəsmi müraciət ünvanlanmış və agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə “Güzəştli mənzil” sisteminin əmtəə nişanı 3 dildə (Azərbaycan, rus, ingilis) təsdiq olunmuşdur. Həmçinin Əqli Mülkiyyət Agentliyi tərəfindən Sistemin müəlliflik hüquqları qeydiyyata alınaraq “Əsərin Qeydiyyatı Haqqında Şəhadətnamə” təqdim olunmuşdur. Sistemin beynəlxalq patentinin qeydiyyata alınması məqsədilə Ümümdünya Əqli Mülkiyyət Təşkilatına (World Intellectual Property Organization) müraciət olunmuş və həmin müraciət qəbul edilərək müvafiq prosedurların yerinə yetirilməsinə başlanılıb.

S.Sadıqov qeyd edib ki, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirilib.

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üzrə investisiya müsabiqələrinin qalibləri ilə müqavilələr imzalanıb. Bağlanmış müqavilələrə əsasən 60 milyon manatadək investisiya qoyuluşunun həyata keçiriləcəyi nəzərdə tutulur. Bundan əlavə, 15,4 ha torpaq sahəsində inşa olunan Yaşayış Kompleksinin, həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi ilə bağlanmış müqaviləyə əsasən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 milyon manatdan çox investisiya cəlb edilib. Ümumilikdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində agentliyin həyata keçirdiyi layihələrə 80 milyon manatadək investisiya qoyuluşu həyata keçirilib.

Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən müvafiq proqramlar çərçivəsində, həmçinin dövlət orqanları, təşkilatları və müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması, sosial məişət problemlərinin həlli məqsədilə binaların tikintisi həyata keçirilir. Bu istiqamətdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən yaradılmış komissiyanın Azərbaycan ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı müraciətinə uyğun olaraq 2019-cu ildə agentlik tərəfindən Hövsan Yaşayış Kompleksində 436 mənzil ayrılıb. Bu ikinci dövlət sifarişi layihəsidir. Bundan öncə MİDA-nın ilk layihəsi Yasamal Yaşayış Kompleksinin ərazisində 77 mənzil dövlət sifarişi əsasında vətəndaşlara təqdim edilib.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən agentliyin digər vəzifəli şəxsləri də müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib