Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərakeşin Kralı VI Məhəmməddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri əsasında mövcud olan xüsusi münasibətlərimizə böyük dəyər verirəm. Əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında bütün sahələrdə əlaqələri genişləndirməkdə və şaxələndirməkdə Siz də mənim qədər maraqlısınız.

Hörmətlə,

 

VI Məhəmməd

Mərakeşin Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin