İQTİSADİYYAT
Mərkəzi Asiya ölkələrinin aviaşirkətlərinin rəhbərləri gələn il Bakıya toplaşacaqlar
Bakı, 22 yanvar, AZƏRTAC
Mərkəzi Asiya ölkələrinin aviaşirkətlərinin rəhbərləri gələn il Bakıya toplaşacaqlar.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) AZƏRTAC-a bildirilib ki, 2021-ci ildə Azərbaycanın paytaxtında Mərkəzi Asiya aviaşirkətlərinin rəhbərlərinin üçüncü “dəyirmi masa”sı keçiriləcək. Bu barədə qərar yanvarın 22-də Almatıda keçirilən sayca ikinci belə yüksək səviyyəli tədbirdə qəbul edilib.
“Azərbaycan Hava Yolları”nı Almatıda keçirilən “dəyirmi masa”da AZAL-ın vitse-prezidenti Eldar Hacıyev təmsil edir.
Aviasiyanın iqtisadi perspektivləri, Avropa İttifaqının (Aİ) rabitə sahəsində strategiyası, aviasiya yanacağı təchizatı sahəsində texnologiyalar və sair tədbirin əsas mövzuları sırasında idi.
Tədbirdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) nın aparıcı mütəxəssisləri, həmçinin Aİ-nin nümayəndə heyəti iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]