İQTİSADİYYAT
Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50402096S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96.6184 AZN (5 faiz) və 97.8090 AZN (3.2 faiz) olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 177 milyon 669 min 600 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.7756 AZN (3.25 faiz), orta ölçülmüş qiyməti isə 97.7965 AZN (3.22 faiz) olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar dekabrın 23-də ödəniləcək.