Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Mərkəzi Elmi Kitabxana evdə qalan oxucuları ilə elektron kitablar vasitəsilə görüşür

Mərkəzi Elmi Kitabxana evdə qalan oxucuları ilə elektron kitablar vasitəsilə görüşür

Bakı, 21 aprel, AZƏRTAC

Pandemiya günlərində dünya kitabxanaları resurslarını oxucularına virtual rejimdə təqdim edir. Nəşrlərin PDF və e-pub formatlarında paylaşımı daha geniş vüsət almaqdadır. Hazırda internet üzərindən yayım kitabxanaların məsafədən xidmət göstərməsi baxımından ən optimal təcrübədir. Məhz buna görə müasir kitabxanaların elektron bazalarını genişləndirmək öhdəliyi getdikcə artmaqdadır. Bu, eyni zamanda, kitabxanaların qarşısına onlayn rejimdə yeni xidmət formalarını tətbiq etmək zərurətini qoyur. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən Mərkəzi Elmi Kitabxana (MEK) iş rejimini mövcud şəraitə uyğunlaşdıraraq, elektron kitabxana və məsafədən xidmət texnologiyasının tətbiqini daha da genişləndirməklə, istifadəçilərə veb-səhifədə fondlarla tanış olmaq imkanı yaradır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində MEK-in direktoru Sevil Zülfüqarova söyləyib. O bildirib ki, oxucuların tələbatını yüksək səviyyədə ödəmək üçün MEK tərəfindən müvafiq işlər həyata keçirilir. Kitabxananın veb-saytına daxil olmaqla istifadəçilər həm kitabxana haqqında məlumat əldə edə, həm də onlara lazım olan informasiya resurslarını tapa bilərlər. Hazırkı şəraitdə qarşımızda duran ən böyük vəzifələrdən biri 7/24 rejimdə oxucular tərəfindən kitabxananın resurslarına əlyetərliyin yüksək səviyyədə təmin edilməsidir. Oxucu auditoriyasını toplamaq və genişləndirmək üçün bizim mükəmməl elektron resurslar bazamız olmalıdır. MEK ən zəngin fondu olan kitabxanalardan biridir. Fondumuzda XVI əsrdən bu günə kimi çap olunmuş çox qiymətli nəşrlər mühafizə olunur. Kitabxananın Nadir kitab fondu da var. Məncə, ilkin olaraq ən zəruri, aktual materiallar seçilərək işlənməli və elektron versiyası yaradılmalıdır ki, oxucu axtarışda əziyyət çəkmədən istədiyi məlumatı əldə edə bilsin. Məqsədimiz oxucuların daha çox marağına səbəb olan mövzularla bağlı resursların elektron bazalarını yaratmaq və əlyetərliyi təmin etməkdir. 2014-cü ildən kitabxanamızda bir sıra innovativ layihələrlə yanaşı, Milli Rəqəmsal Yaddaş layihəsi də ictimaiyyətə təqdim olunur. Burada məqsəd Azərbaycana aid informasiyaların sistemləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırıcılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin informasiya müharibəsində üstünlük qazanılmasıdır. Milli Rəqəmsal Yaddaşa Azərbaycan tarixinin inkişaf mərhələlərinin əhəmiyyətli faktlarını təsvir və ya təsdiq edən sənədlər toplanır. Bu fəaliyyət çərçivəsində biz UNESCO-nun aidiyyəti qurumunu MEK-lə əməkdaşlığa cəlb etmişik. MEK-in qeydiyyatlaşdırma və rəqəmsallaşdırma üsulları qurum tərəfindən yüksək qiymətləndirilib və standart kimi götürülüb. Belə layihələrimizi gələcəkdə də davam etdirmək arzusundayıq.

Bundan başqa, MEK-də “Vikipediya” ilə bağlı təlimlər keçirilir. Layihə çərçivəsində “Vikipediya”nın inkişafı və təbliği istiqamətində uğurlu fəaliyyət aparılır, məqalələrin necə yaradılması haqqında məlumatlar verilir. Təlimləri uğurla başa vuran “viki" könüllülərinə sertifikatlar təqdim edilir. Bu könüllülər Azərbaycanın tanınmış şəxsiyyətləri, elm xadimləri, tarixi-mədəni abidələri haqqında məqalələr yaradır, redaktəyə ehtiyacı olanları zənginləşdirirlər. Bu yöndə də işlərimiz davam etməkdədir.

S.Zülfüqarova xatırladıb ki, kitabxanaların bir informasiya müəssisəsi kimi əsas vəzifəsi daxil olan materialların toplanması, sistemləşdirilməsi və saxlanmasıdır. Kitabxanaları başqa informasiya müəssisələrindən fərqləndirən də budur. Çox vaxt belə sualla üzləşirik ki, əgər internet varsa, kitabxana nəyə lazımdır? Fərq ondadır ki, kitabxanalar informasiyanı təkcə toplayıb saxlamır, həm də sistemləşdirilmiş formada saxlamaqla yanaşı, gələcək nəsillərə ötürür, bununla tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı qorumuş olur. Kitabxana məlumatları yoxlanılmış, dəqiq informasiyalardır. Biz hər şeydən əvvəl kitabxana fondunu zənginləşdirmək üçün komplektləşdirməyə diqqət verməliyik. Elektron daşıyıcılar xüsusi rejimdə və ümumi fonddan ayrı saxlanmalıdır. Kitabxananın veb-saytında “Yeni kitablar”, “Qədim kitablar” rubrikası altında fondumuzun incilərini oxuculara təqdim edə bilərik. MEK elmi resursların toplandığı ən mühüm müəssisədir. Bildiyimiz kimi, AMEA-nın çoxlu elmi müəssisələri var və o müəssisələrin elmi nəşrləri kitabxanamızda toplanır. Respublikada elmi ədəbiyyatın zənginliyi ilə seçilən kitabxanamızda tədqiqat əsərləri, monoqrafiyalar, elmi jurnallar, müxtəlif elm sahələrinə aid kitablar mühafizə olunur. Azərbaycan tarixi, Qafqazşünaslıqla bağlı qədim və qiymətli kitablarımız var. Bu elmi əsərlərin populyarlaşdırılması, yayılması çox vacib məsələdir. Ona görə də elmi əsərlərin, jurnal və qəzet materiallarının elektronkartotekasının işlənməsi mütləqdir. Unutmamalıyıq ki, bizim oxucularımız əsasən alimlər, elm adamlarıdır. Hər bir elmi məqalə kartotekada öz əksini tapmalıdır.

Direktor kitabların elektron versiyasının hazırlanmasının çox çətin, həm də vacib məsələ olduğunu söyləyib. Qeyd edib ki, bu, iki yolla həyata keçirilə bilər. Müəlliflər kitab nəşr etdirəndə onun elektron variantını da elektron daşıyıcılarda kitabxanaya təqdim edir və beləliklə, bu kitab kitabxananın elektron bazasına daxil olur. İkinci yolu yüksək sürətli və keyfiyyətli skaner aparatları ilə skan edərək elektron bazaya daxil etməkdir. Bir məsələyə toxunmaq istərdim, dünya praktikasında belə bir ənənə var ki, bütün fond tam şəkildə elektron daşıyıcıya köçürülmür. İlk növbədə tez-tez soruşulan kitablar elektronlaşdırılmalıdır. Bir də ölkə üçün, tarix üçün gərəkli olan, həm də öz ömrünü artıq başa vurmaqda olan kitablar köçürülməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən ölkə ərazisində müdafiə edilmiş dissertasiya işləri və onların avtoreferatları həm kağız, həm də elektron daşıyıcılarda MEK-ə təqdim edilir. Bu, kitablara da şamil edilsə, gözəl olar və işimizi bir qədər asanlaşdırar.

Müsahibimiz xarici ölkə kitabxanaları ilə kitab mübadiləsinin vacib məsələlərdən olduğunu söyləyib. O deyib ki, bu işi elektron formada həyata keçirmək daha yaxşı olar. Çünki burada da vəsait tələb olunur. Bilirsiniz ki, poçt xidmətləri çox bahadır. Əməkdaşlıq vacibdir, günün tələbidir. Kitabxanamızın bir çox ölkələrin kitabxanaları ilə əlaqələri mövcuddur. Gələcəkdə də müxtəlif elmi kitabxanalarla işbirliyi yaratmaq, videokonfranslar, birgə tədbirlər həyata keçirmək niyyətindəyik. Həmçinin MEK-in ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə apardığı işlər nəticəsində burada 25 ölkəyə aid diplomatik guşə yaradılıb.

MEK-in rəhbəri qeyd edib ki, kitabxananın zəngin elektron resursları olmalıdır. Bizdə elektron kitabxana bazasının daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Biz, həmçinin elmin müxtəlif sahələrinə aid qiymətli nəşrləri seçib elektron kitabxananı zənginləşdirməliyik. Nəinki kitabxanalarda, həyatımızın bir çox sahələrində informasiyalaşma getməlidir və informasiyalar rəqəmsal daşıyıcılara köçürülməlidir. Bu proses öncə kitabxanaları əhatə edir. Kitabxananın mükəmməl Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) olmalıdır. Elektron kataloq və elektron kitabxana yüksək səviyyədə hazırlanmalıdır ki, oxucularımıza nümunəvi xidmət göstərə bilək. Dövlətimiz tərəfindən kitabxanaların işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, əməyin stimullaşdırılması məqsədilə çoxsaylı qərar və sərəncamlar verilib. Bu mühüm sənədlər respublikamızda kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəlib. Biz də bu qərar və sərəncamlardan irəli gələn tədbirlərin həyata keçirilməsində üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə çalışırıq.

“MEK ixtisaslaşdırılmış kitabxanadır və oxucu kontingentimiz əsasən AMEA-nın əməkdaşlarıdır. İnternet oxucu kontingentini çoxalda bilər. Elə kitablar var ki, müəlliflik hüququnun qorunması məqsədilə, müəllifin icazəsi olmadan biz onu elektronlaşdıra bilmərik, yalnız o kitabın ilk səhifələrini, annotasiyasını elektronlaşdırırıq. Oxucu bu məlumatlarla tanış olanda, onda kitaba qarşı maraq yaranır və kitabı əldə etmək üçün kitabxanaya gəlir. Əlbəttə, oxucunu maraqlandıran kitabların elektron variantını ona təqdim edə bilsək, oxucu kitabxanaya təkrar-təkrar müraciət edəcək. Bunun üçün oxucu sorğuları, sosioloji sorğular keçirməklə onların marağını öyrənmək olar. MEK də koronavirus pandemiyası ilə əlaqədar işini günün tələblərinə uyğun qurur, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir, reallaşdırılan işlərin uğurla nəticələnəcəyinə inanır, üzərinə düşən vəzifələri yerinə yetirir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin qurumda fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisələrin xüsusi əmək rejiminin qaydalarına uyğun olaraq çalışması ilə bağlı verdiyi sərəncama əsasən, kitabxanamız onlayn rejimdə oxucularına xidmət göstərməkdədir.

“Evdə qal” günlərində mütaliə etmək arzusunda olanlara demək istəyirəm ki, mütaliəni vərdiş halına çevirmək olar və bu, çox vacibdir. Ona görə də vərdiş yaranana qədər qısa mətnli kitablardan başlayın. Get-gedə maraqlarınız formalaşacaq və yeni kitablar axtaracaqsınız. Hər kəsə bu çətin günlərdə səbir, dözüm və mütaliə həvəsi arzulayıram", - deyə Sevil Zülfüqarova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq