ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağı boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi və qeyd olunan elm sahələrində böyük iş təcrübəsi olan elmi işçilər iştirak edə bilərlər:
Örtülü şəraitdə becərilən bitkilər laboratoriyası üzrə:
-Laboratoriya müdiri -1 ştat vahidi;
-Baş elmi işçi -1 ştat vahidi.
Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyası üzrə:
-Elmi işçi - 2 ştat vahidi.
Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyası üzrə:
-Kiçik elmi işçi - 2 ştat vahidi.
-Çiçəkçilik laboratoriyası üzrə:
-Laboratoriya müdiri - 1 ştat vahidi;
-Kiçik elmi işçi - 1 ştat vahidi.
-Bitkilərin xəstəlik və zərərvericilərlə mübarizə sektoru üzrə:
-Sektor rəhbəri - 1 ştat vahidi;
-Kiçik elmi işçi - 1 ştat vahidi.
-Toxumçuluq sektoru üzrə:
-Sektor rəhbəri - 1 ştat vahidi.
Mərkəzi Nəbatat Bağı üzrə əməkdaşların növbəti attestasiyasını keçirmək məqsədilə tələb olunan sənədlər:
-iddiaçının şəxsiyyət vəsiqəsinin surəti;
-kadrların şəxsi uçot vərəqi;
-tərcümeyi-hal;
-xasiyyətnamə;
-əmək kitabçasının iş yerində təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni başlayanlar istisna olmaqla);
-elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri;
-yerinə yetirilmiş elmi tədqiqat işləri, həmçinin elmi və elmi-texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;
-müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surəti;
-elmi əsərlərin elmi müəssisə və təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş siyahısı.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Ünvan: AZ-1004, Bakı səhəri, Badamdar şosesi, 40
Əlaqə telefonu: (+994 12) 502 43 21, (+994 51) 847 75 99
Email: [email protected]