DÜNYA
Məşhur Eyfel qülləsində bomba həyəcanı yaşanmışdır
Paris, 31 mart (AZƏRTAC). Martın 30-da yerli vaxtla 20:30 radələrində naməlum şəxs məşhur Eyfel qülləsinin rəhbərliyinə zəng edərək terror aktı törədilməsi məqsədilə qülləyə bomba qoyulduğu barədə xəbər vermişdir.
Bu barədə Parisdə gündəlik nəşr olunan “Express” qəzeti məlumat yaymışdır.
Məlumatda bildirilir ki, anonim zəngdən sonra dərhal qüllədə və ətrafda olan 1500-dən artıq turist yaxınlıqdakı Mars Çöllərində təhlükəsiz yerə köçürülmüşdür.
Hadisə yerinə çağırılan terrorizmə qarşı dəstə ciddi axtarış aparsalar da, qüllədə hər hansı partlayıcı maddə tapmamışdır.
Qüllə bomba həyəcanından bir saat sonra yenidən turistləri qəbul etməyə başlamışdır.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri.
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]