MƏDƏNİYYƏT
Məşhurlar “Retro Bakı” layihəsində
Bakı, 16 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə icrasına başlanılan “Retro Bakı” layihəsi çərçivəsində iyulun 16-da və 17-də növbəti konsertlər keçiriləcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu həftə “Retro Bakı”da məşhur şanson mahnılarının ifaçısı Ceyhun Bakinski tamaşaçıların görüşünə gələcək. Həmçinin müğənnilər Ülkər Quliyeva və Nihad Məlik, “Nabadi” gürcü folklor ansamblı, “Stage Forever” gitara çalanlar və “Bakı” estrada qrupları, “Səma” rəqs ansamblı rəngarəng proqramlarla çıxış edəcəklər.
Oktyabrın ortalarınadək davam edəcək layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaq və yay aylarında paytaxt sakinlərinin asudə vaxtının səmərəli keçməsinə nail olmaqdır. Layihə çərçivəsində hər şənbə və bazar günü axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:32]
Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb
- 30.04.2024 [15:20]
Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib
- 30.04.2024 [14:57]
“Tron 3” filminin nümayiş tarixi məlum olub
- 30.04.2024 [14:55]
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
- 30.04.2024 [14:38]
Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb
- 30.04.2024 [14:08]
Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib
- 30.04.2024 [12:34]