İQTİSADİYYAT
Metropoliten könüllüləri fəaliyyətlərini davam etdirirlər
Bakı, 30 iyun, AZƏRTAC
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti əsas stansiyalarda könüllülər iyulun 1-nə kimi çalışacaqlar.
QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Bakı-2015” birinci Avropa Oyunları başa çatsa da möhtəşəm tədbiri izləməyə gələn xarici qonaqların bir hissəsi ölkəmizə səfərlərini davam etdirir. Bunu nəzərə alan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi əsas stansiyalarda fəaliyyət göstərən könüllülərin iş qrafikini iyulun 1-nə qədər uzadıb.
Belə ki, “İçərişəhər”, “Sahil”, “Nizami”, “28 May” və “Koroğlu” stansiyalarında könüllülər yenə əvvəlki qaydada - növbəlilik əsasında fəaliyyətlərini davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]