SİYASƏT
MƏTYU BRAYZƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR DANIŞIQLARIN BAŞLANMASINI SÜRPRİZ ADLANDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə Gürcüstanın “İmedi” teleşirkətinə müsahibəsində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ məsələsinə dair danışıqların başlanmasını “sürpriz” adlandırmışdır.
D.Medvedev, İ.Əliyev və S.Sarkisyanın yalnız Dağlıq Qarabağ məsələsini müzakirə etdiklərini bildirən M.Brayzə vurğulamışdır ki, hər üç liderin münaqişəni açıq müzakirə etməyə hazır olmaları faktı alqışlanmalıdır. O demişdir: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ mövzusunda ciddi danışıqlar aparmağa hazır olmaları sürpriz olmuşdur. Bu, yaxşıdır”.