DÜNYA
Mexikoda yerin altında “göydələn” tikiləcəkdir
Bakı, 24 oktyabr (AZƏRTAC). “BNKR Arquitectura” firmasının bir qrup arxitektor-dizayneri 300 metr yerin altında salınacaq ağlasığmaz 65 mərtəbəli “yerdələn” tikilməsini planlaşdırmışlar. Mexikonun mərkəzində baş-ayaq duracaq inanılmaz piramida paytaxtda yeni binaların hündürlüyü üzərində qoyulan məhdudiyyətlərdən yan keçmək üçün düşünülmüşdür.
Yeraltı binanın yaşayış mənzilləri, mağazalar və muzeylər üçün 10 mərtəbəsi, habelə ofis və əyləncələr üçün 35 mərtəbəsi olacaqdır. Şəhərin əsas meydanında yaradılmış 240 m x 240 m ölçüdə şüşə döşəmə təbii işığın düşməsi üçündür. Tikilinin üzərinə dövlət bayrağı sancılaraq və görkəmsiz meydana görünməmiş gözəllik verəcəkdir.
“BNKR Arquitectura” firmasının baş arxitektoru Esteban Suares demişdir ki, bu bina Mexikonun yeni mədəni mərkəzi olacaqdır.
O həmçinin bildirmişdir ki, onlar şəhərin tarixi simasını qoruyub saxlamaq, ətrafdakı binaları sökməmək və yeni dizaynı köhnə tikililərə uyğunlaşdırmağa cəhd göstərməmək üçün belə addım atmışlar.