DÜNYA
Miaxil Podolyak: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı saziş artıq yekunlaşmaq üzrədir
Kiyev, 20 aprel, AZƏRTAC
Rusiya ilə sülh danışıqlarında iştirak edən hüquqi alt qruplar Ukrayna üçün təhlükəsizlik zəmanəti müqaviləsini yekunlaşdırır. Proses döyüş meydanlarında nələrin baş verəcəyinə nəzər salmaqla davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “NV” nəşrinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Ukrayna tərəfi müharibədən necə çıxmaq və təhlükəsizlik zəmanətləri almaqla bağlı uğurlu formal həllə malik olub. İstanbul Kommünikesində isə az-çox başa düşülən bir düstur təsbit olunub.
Lakin Kiyev vilayətində törədilən hərbi cinayətlər məlum olandan sonra danışıqlar fonu dəyişdi. Bundan əlavə, daha sonra Kramatorskdakı dəmir yolu vağzalına raket hücumu olub və bu gün Mariupolun fiziki məhvi davam edir.
“Lakin işçi hüquqi alt qruplar Ukraynanın beynəlxalq hüquq normalarına uyğunluğu ilə bağlı təhlükəsizlik zəmanətləri haqqında sazişi yekunlaşdırır. Potensial qarant ölkələrin siyasi məsləhətçiləri səviyyəsində siyasi məsləhətləşmələr aparılır”, - deyə Podolyak əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev